Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət “Süni intellekt dövründə bəzi peşələr yoxa çıxacaq...
“Süni intellekt dövründə bəzi peşələr yoxa çıxacaq”
Cəmiyyət

“Süni intellekt dövründə bəzi peşələr yoxa çıxacaq”

Xpress.az Redaksiyası 27.10.2025 21:41

“OpenAI” şirkətinin rəhbəri və “ChatGPT”nin yaradıcısı Sam Altman süni intellektlə bağlı açıqlaması ilə sosial mediada böyük müzakirə yaradıb.

 “DevDay 2025” konfransında çıxış edən Altman bəzi peşələrin süni intellekt dövründə yoxa çıxacağını bildirib.

Onun sözlərinə görə, süni intellekt cəmiyyətə hansı fəaliyyətlərin həqiqi dəyər yaratdığını, hansının isə əməyin təqlidi olduğunu göstərəcək.

Qeyd edək ki, S. Altmanın fikirləri sosial mediada tənqid və mübahisələrə səbəb olub.

Xatırladaq ki, bundan öncə də amerikalı milyarder və iş adamı İlon Mask da yaxın gələcəkdə süni intellektin inkişafı milyonlarla insanı işsiz qoyacağını və insanların artıq işləməyə ehtiyac duymayacaqlarını söyləmişdi.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək