Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Tibbi, təhsil və sosial müəssisələrdə yeni qida no...
Tibbi, təhsil və sosial müəssisələrdə yeni qida normaları
Cəmiyyət

Tibbi, təhsil və sosial müəssisələrdə yeni qida normaları TƏSDİQLƏNDİ

Xpress.az Redaksiyası 28.10.2025 10:04

Azərbaycan Prezidentinin “Yaşayış minimumu haqqında” Qanuna etdiyi dəyişikliklərə uyğun olaraq Nazirlər Kabineti tibb, təhsil və sosial sahəyə aid müəssisələrdə qida təminatına dair yeni normaları təsdiqləyib.

Yeni qərara əsasən, tibb və təhsil müəssisələrində uşaqlar üçün sutkalıq qida normaları müəyyən edilib. Bununla yanaşı, sosial sahəyə aid müəssisələrdə xidmət alan şəxslər üçün də orta sutkalıq qida normaları ilk dəfə olaraq təsdiq olunub.

Əvvəlki qanunvericilikdə sosial müəssisələrdə bu normaların təsdiqi nəzərdə tutulmadığından, həmin qurumlar bu imkanlardan tam istifadə edə bilmirdilər. Yeni dəyişikliklər isə bu boşluğu aradan qaldıraraq, həmin sahədə institusional inkişaf üçün hüquqi baza formalaşdırıb.

İqtisadçı-deputat Vüqar Bayramovun sözlərinə görə, yeni normalarla yanaşı, müəyyən artımlar da təsdiq edilib ki, bu da dövlət büdcəsindən həmin müəssisələrə əlavə vəsait ayrılacağı deməkdir. Deputat bildirib ki, bu addım müəssisələrin fəaliyyətinin səmərəliliyinin yüksəlməsinə, maddi-texniki bazasının və sosial təminat imkanlarının daha da möhkəmlənməsinə şərait yaradacaq.

Vüqar Bayramov qeyd edib ki, təsdiqlənən yeni qida normaları müasir tələblər və xərclər nəzərə alınmaqla hazırlanıb və bu da həmin müəssisələrdə xidmətin keyfiyyətinin artmasına səbəb olacaq:

“Yeni normalar həm sosial sahədə xidmət alan vətəndaşlarımızın qida təminatının yaxşılaşmasına, həm də bu sahəyə ayrılan büdcə vəsaitlərinin artmasına gətirib çıxaracaq. Bu qərar vətəndaşların sosial rifahının gücləndirilməsi baxımından mütərəqqi addımdır,” – deyə deputat vurğulayıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək