Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Sağlamlıq Üzgüçülük
Üzgüçülük
Sağlamlıq

Üzgüçülük – stressin və qocalığın düşməni

Xpress.az Redaksiyası 30.10.2025 07:41

Təbii gəncləşmə üzrə ekspert Afaq Qurbanzadə Xpress.az-a açıqlamasında bildirib ki, üzgüçülük insan orqanizminə çoxsaylı müsbət təsir göstərən ən sağlam idman növlərindən biridir.Onun sözlərinə görə, bu fəaliyyət həm bədəni gəncləşdirir, həm də zehni rahatlıq yaradır.
“Suyun təzyiqi nəfəs prosesini tənzimləyir, qan dövranını yaxşılaşdırır və orqanizmi oksigenlə zənginləşdirir. Üzgüçülük həmçinin onurğa və oynaqlara müsbət təsir göstərir, qaməti düzəldir və yırtıq riskini azaldır,” – deyə ekspert vurğulayıb.
Afaq Qurbanzadə bildirib ki, mütəmadi üzgüçülüklə məşğul olan insanlarda ürək-damar sistemi daha möhkəm olur əzələ və skelet quruluşu güclənir. Bu fəaliyyət eyni zamanda astma və nəfəs darlığı kimi problemlərin qarşısını alır.
Ekspertin sözlərinə görə, üzgüçülük yalnız fiziki deyil, həm də psixoloji sağlamlıq üçün olduqca faydalıdır.“Suda hərəkət zamanı bədən və beyin tam rahatlayır. Bu isə stressi azaldır, gərginliyi aradan qaldırır və insanda emosional tarazlıq yaradır.”
Afaq Qurbanzadə qeyd edib ki, üzgüçülük üz dərisini hamarlaşdırır, rəngini təravətləndirir və artıq çəkidən azad olmağa kömək edir.
Ekspert sağlam və gənc qalmaq istəyən xanımlara aşağıdakı məşq kombinasiyasını tövsiyə edib:
 Həftədə 3 dəfə üzgüçülük •3 dəfə fitness
• 3 dəfə üz gimnastikası.
O, həmçinin orqanizmin möhkəmlənməsi və gənc qalması üçün dəmir (Fe), Omega-3, D3 & K2 və C vitamini qəbulunun vacibliyini vurğulayıb.
Afaq Qurbanzadə xəbərdarlıq edib ki, üzgüçülükdən maksimum fayda əldə etmək üçün müəyyən qaydalara düzgün riayət olunmalıdır. Əks halda orqanizmə zərər vurmaq mümkündür.
Onun sözlərinə görə, hovuzdan sonra bədən bərpa prosesinə daxil olur və bu zaman zülal, dəmir, kalsium və digər vitaminlərlə zəngin qidalar qəbul etmək vacibdir.
Ekspert iki əsas qaydanı xüsusi vurğulayıb:
• Üzgüçülük artıq çəkidən azad edir, lakin hovuzdan dərhal sonra yemək yesəniz, bu, əks nəticə verə bilər.
Ən azı 2 saat sonra orqanizmin bərpası üçün zülal, dəmir, kalsium və gec həll olunan karbohidratlarla zəngin qidalar qəbul etmək tövsiyə olunur.
– Hovuzdan sonra acı, şəkərsiz qəhvə və ya enerji içkiləri içmək bədənə mənfi təsir göstərir.
– qəhvə ürək döyüntüsünü artırır və bərpa üçün vacib olan maddələrin mənimsənilməsinə mane olur.
“Beləliklə, üzdükdən dərhal sonra qəhvə və enerji içkiləri içmək qadağandır. Bu içkilər orqanizmin bərpasına mane olur,” – deyə xəbərdarlıq edib.
Afaq Qurbanzadə bildirib ki, hovuzdan sonra ilk növbədə təmiz su içmək lazımdır. Bu, bədəni itirilmiş maye ilə təmin edir və toksinləri xaric edir.
Ekspertin sözlərinə görə, daha faydalı seçim,evdə hazırlanmış təbii smuzi və ya vitaminlərlə zəngin fresh şirələr  ola bilər:
“Əgər içki seçiminiz təbiidirsə, həm orqanizmi bərpa edir, həm də əzələlərin güclənməsinə kömək edir.”

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək