Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət Vəhşət dolu o gecə və bu gün...
Vəhşət dolu o gecə və bu gün...
Siyasət

Vəhşət dolu o gecə və bu gün...

Xpress.az Redaksiyası 13.10.2025 13:19

Müharibənin ən şiddətli günlərini yaşayırdıq. Hər gün,durmadan işğal olunmuş ərazilərimiz azad olunurdu. Bunun sevinci də ayrı bir ruh yüksəkliyi gətirirdi xalqımıza...


Oktyabr ayının 11-i, gecə vaxtı Gəncə,erməni raketinə bir daha tuş gəlir. Bu dəfə daha ağır,daha sarsıdıcı,daha üzücü oldu. Çünki,sivil vətəndaşlarımız yatdıqları yerdə, düşmən tərəfindən hədəf alınmış, onlarla vətəndaşımız şəhid olmuşdur.


Sentyabr ayının 27-sindən etibarən mən də işim gərəyi Tərtər rayonuna ezam olundum. Orda yaşananları,düşmənin mülkü insanlara necə divan tutduğunu çəkərək ölkə və dünya ictimaiyyətinə çatdırmağa çalışırdıq. Oktyabrın 11-i 00:00 yekun xəbərin ardından heyət istirahət üçün Bərdə şəhərinə qayıtdıq. Gecələcəyimiz məkana təzəcə çatıb əl-üzümüzə su vurub,kameranın batareyaları enerji yığsın deyə toka taxmışdım ki,müxbirim Elnur Tofiqdən zəng gəldi: Elşad,Gəncə vurulub,hazırlaşın gedirik Gəncəyə. Sürücümüz Müslüm (yaşı çox olduğundan baba deyirdik) baba tez maşını işə saldı,mən də avadanlıqlarımı toplayıb düşdük yola,Gəncəyə.Bərdədən Gəncəyə qədər olan məsafə biz getdikcə sanki daha da uzanırdı,çata bilmirdik. Yol boyu kimsə dinmir,danışmırdı. Ama içimizdən danışır,vəziyəti analiz edirdik. Nəhayət şəhərə çatdıq. İnsan izdihamını gördükdə terror aktının miqyasının nə qədər geniş olduğunu bildik.


Əraziyə çatmamış maşında canlı yayım üçün bütün hazırlığımı tamamlayıb hazır vəziyyətə gətirdim. Hadisə yerinə çatan kimi canlı yayımla "ƏSAS MƏSƏLƏ" verilişinə qoşulduq. Gözümün önündə yaşananlar hələ də yaddaşımda,yuxularımdadır. Ərazidəki hər kəs nəsə etməyə,əlindən gələn yardımı etməyə çalışırdılar. Ən çox da FHN əməkdaşları. Canlı qüvvə bir tərəfdən,texnika bir tərəfdən, xüsusi təlim görmüş itlər də bir tərəfdən. Hər saniyənin öz hökmü var idi. Dağıntılar altında sağ qalmış sakinlər zamanla mücadilə edirdilər.


Bizim işimiz isə,burda yaşananları çəkmək,müxbirlərim Elnur Tofiq və Xaliq Qurbanlı hadisə yerindən,Aztv studiyasından da Rövşən Məmmədov və qonaqları terror aktını şərh edərək dünyaya çatdırmaq idi. Bunun üçün də əlimizdən gələni edirdik. Mənzərə o qədər ağır,o qədər acı idi ki,izah etməkdə adam aciz qalır. Kənarda göz yaşları içərisində yaxınlarından xoş xəbər gözləyənlər,onlardan müsahibə almağa çalışan yerli və xarici jurnalistlər,dağıntılar altından çıxarılan yaralı və şəhidlər..., hamısı gözümüz önündə yaşanırdı. Bunu yaşamaq heç də asan deyil. 


Bu minvalla təqribən gecə saat 02:00-dan səhərə qədər canlı yayımda qalaraq xilasetmə prosesini çəkdim. 
Bu hadisədən 5 il ötür. Və mən yenə həmin ərazidəyəm,yenə çəkirəm. O günün acısını,bu günün qələbəsini.


Elşad Heydərov

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək