Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Xocavəndin Qırmızı bazar qəsəbəsi və Sos kəndinə n...
Xocavəndin Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb
Cəmiyyət

Xocavəndin Qırmızı bazar qəsəbəsi və Sos kəndinə növbəti köç karvanları yola salınıb

Xpress.az Redaksiyası 28.10.2025 08:16

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə "Böyük Qayıdış" davam etdirilir.

 Xocavənd rayonunun Qırmızı bazar qəsəbəsinə 20 ailə - 71 nəfər, Sos kəndinə isə 10 ailə - 42 nəfər köçürülüb.

Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək