Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Siyasət "Yeni marşrut Ermənistana həm Avropa, həm də Asiya...
"Yeni marşrut Ermənistana həm Avropa, həm də Asiyaya birbaşa  çıxış imkanı verəcək"
Siyasət

"Yeni marşrut Ermənistana həm Avropa, həm də Asiyaya birbaşa  çıxış imkanı verəcək" -deputatdan açıqlama

Xpress.az Redaksiyası 21.10.2025 22:19

Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin imzalanması regionda sabitliyin qorunması ilə yanaşı həmdə ticari-iqtisadi əlaqələrin inkşafında   böyük rol oynayır. Bununla əlaqəli iki ölkə arasında son zamanlar müsbət gəlişmələr müşahidə olunur. Məsələn Azərbaycan prezidentinin yüklərin tranzitinə qoyulan  məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı bəyanatını da misal çəkmək olar. Mövzu ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərli Xpress.az - a fikirlərini bölüşüb.

"Ermənistan uzun illər apardığı işğalçılıq siyasəti nəticəsində regional kommunikasiya və tranzit dəhlizlərindən kənarda qalmışdı. İndi  yeni marşrut bu ölkəyə həm Avropa, həm də Asiya bazarlarına birbaşa çıxış imkanı verəcək. Bu, mövcud ticarət yollarının Ermənistanın da üzünə açılması deməkdi və bu Ermənistanın yalnız Gürcüstan və Rusiya vasitəsilə dünyaya bağlanmaq məcburiyyətini aradan qaldıracaq.

Digər mühüm məqam, ticarət və ixrac imkanlarının genişlənməsi. Xüsusilə kənd təsərrüfatı, ağır və yüngül sənaye məhsulları üçün Azərbaycan, Türkiyə, Avropa və Orta Asiya bazarlarına ucuz çıxış asanlaşacaq. Nəqliyyat xərclərinin azalması məhsulların rəqabət qabiliyyətini artıra və ixrac potensialını gücləndirəcəkdir. 
Açıq kommunikasiya xətləri Ermənistanı regionda qapalı iqtisadiyyatdan tranzit ölkəyə çevirə bilər. Bu isə logistika, anbar, nəqliyyat xidmətləri və hətta turizm sahəsinə yeni xarici investisiyaların gəlməsi üçün də şərait yarada biləcəkdir.  Azərbaycanın Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırması, Ermənistana enerji və kommunikasiya baxımından regional layihələrə qoşulmaq imkanı yaradacaqdır. Azərbaycan və Türkiyə vasitəsilə enerji dəhlizlərinə, gələcəkdə isə bəlkə də yaşıl enerji marşrutlarına qoşulmaq şansı Ermənistanın hazırda məhdud enerji təhlükəsizliyini də gücləndirən amilə çevriləcəkdir.
Bu Ermənistan üçün uzun illərin blokadasından çıxış, Azərbaycanın liderliyi ilə reallaşan regional iqtisadi sistemə inteqrasiya və dayanıqlı inkişaf üçün yeni imkanlar əldə etməsi deməkdir".

Afaq

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək