Cəmiyyət
Zəfər Günü Ağstafada da qeyd edildi - Fotolar
Xpress.az Redaksiyası
06.11.2025 18:45
Ağstafa rayonunda xalqımızın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan 8 Noyabr - Zəfər Gününün beşinci ildönümü ilə əlaqədar keçirilən silsilə tədbirlər çərçivəsində rayon Şəhidlər Xiyabanı ziyarət olunub.
Anım tədbirində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri və yaxınları iştirak ediblər.
Ölkəmizin azadlığı və suverenliyi uğrunda canından keçən Vətən övladlarının ruhuna dualar oxunub, məzarlarının üstünə tər qərənfillər düzülüb.








