Siyasət
Zelenski Trampın təklifini dəstəkləyib
Xpress.az Redaksiyası
21.10.2025 13:06
Xpress.az xəbər verir ki,Vladimir Zelenski Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatların dərhal dayandırılması təklifini dəstəkləyib. Bu barədə Finlandiya prezidentinin saytında “arzuolunanlar koalisiyası”nın iclası öncəsi dərc edilmiş bəyanatda deyilir. "Biz Ukrayna xalqının layiq olduğu ədalətli və davamlı sülh istəyində həmrəyik. Prezident Trampın hərbi əməliyyatların dərhal dayandırılmasının zəruriliyi və hazırkı təmas xəttinin danışıqlar üçün başlanğıc nöqtəsi olması ilə bağlı mövqeyini qətiyyətlə dəstəkləyirik", - deyə bəyanatda qeyd edilib.