Siyasət
Zəngilan çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək İlham Əliyev
Xpress.az Redaksiyası
28.10.2025 20:45
Bura, bu bölgə (Zəngilan – red.) çox önəmli nəqliyyat mərkəzlərindən birinə çevriləcək. Həm Zəngəzur dəhlizi, həm Araz dəhlizi buradan keçəcək.
Prezident İlham Əliyev Zəngilanın Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri ilə görüşündə deyib.
Dövlətimizin başçısı qeyd edib: “Ona görə bu rayonun, bu bölgənin çox gözəl gələcəyi olacaq. Necə ki, bütün Qarabağın, Şərqi Zəngəzurun gələcəyi çox parlaq olacaq. Bugünkü reallıq - qurduğumuz şəhərlər və kəndlər bunu göstərir”.