2019-cu ildən bəri ən böyük Dolunayı olacaq- BU GÜN
2025-ci il noyabrın 5-də, çərşənbə gecəsi, “Super Ay” müşahidə olunacaq. Bu, 2019-cu ildən bəri Yerə ən yaxın olan Dolunay olacaq.
Euronews-in məlumatına görə, bu həftə səmanı “Super Ay” bəzəyəcək.
2025-ci il noyabrın 5-də baş verəcək “Bəbir Dolunayı” (ing. Beaver Moon) eyni zamanda bir “Super Ay” olacaq. Bu Dolunay, 2019-cu ildən bəri Yerə ən yaxın məsafədə görünəcək.
Super Ay nədir?
Super Ay — Ayın tam və ya yeni ay fazasının onun Yerə ən yaxın mövqeyinə (yerbəri) təsadüf etdiyi zaman baş verir.
Ayın Yer ətrafında hərəkət etdiyi orbit tam dairəvi deyil, buna görə də Ayla Yer arasındakı məsafə dəyişir. Yerə ən yaxın nöqtə “yerbəri”, ən uzaq nöqtə isə “apogey” adlanır. Bu iki mövqe arasında təxminən 45 min kilometr məsafə fərqi var.
Dolunay məhz yerbəri mövqeyinə yaxın bir vaxtda baş verəndə, həmin Dolunay “Super Ay” adlanır.
Ay Yerə daha yaxın olduqda, o, adi günlərdəkindən daha böyük və daha parlaq görünür. Lakin “adi Dolunay”la “Super Ay” arasındakı fərqi, onları yanaşı görmədikcə, adi baxışla ayırd etmək çətindir.