ABŞ-da hökumətin bağlanması nüvə proqramına təsir göstərə bilər
Xpress.az xəbər verir ki, bunu ABŞ energetika naziri Kris Rayt açıqlayıb.
Nazirin sözlərinə görə, hökumətin fəaliyyətinin dayandırılması Energetika Nazirliyinin podratçılara ödəniş imkanlarını məhdudlaşdırır. Bu isə nüvə silahlarının yaradılması, dizaynı və döyüş qabiliyyətinin qorunması prosesinə mənfi təsir göstərir.
“Hazırda nüvə arsenalımız Müdafiə Nazirliyinin nəzarəti altındadır, lakin onun modernləşdirilməsinə Energetika Nazirliyi cavabdehdir. Əgər hökumətin bağlanması davam etsə, bu sahədə çalışan bir çox mütəxəssis işsiz və təzminatsız qala bilər”, – deyə K.Rayt bildirib.
Nazir vurğulayıb ki, nüvə infrastrukturunun modernləşməsi risk altında qalmamalıdır:
“Bu məsələdə daha sağlam düşüncəli siyasətçilərin qərarına ehtiyac var.”