Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət “Addım-addım vətəndə” bu dəfə
“Addım-addım vətəndə” bu dəfə
Mədəniyyət

“Addım-addım vətəndə” bu dəfə QUSARDA+FOTO

Xpress.az Redaksiyası 16.10.2025 15:47

Bakı Uşaq və Gənclər Teatrı yeni, qələbəmizin 5 illiyinə həsr olunmuş layihə həyata keçirir. “Addım-addım vətəndə” adlanan layihə çərçivəsində  teatrın kollektivi ayda bir dəfə Azərbaycanın müxtəlif bölgələrində fəaliyyət göstərən teatr kollektivləri ilə birgə əməkdaşlıq etməklə, “açıq qapı” prinsipi ilə tamaşa və tədbirlər keçirir. Layihənin əsas məqsədi gənc nəsildə vətənpərvərlik hisslərinin yüksəldilməsi, o cümlədən bölgə teatrları ilə Bakı Uşaq və Gənclər Teatrının arasında təcrübə mübadiləsi aparmaq, əməkdaşlığı gücləndirmək, regionların mədəni inkişafına dəstək vermək, bölgə tamaşaçıları ilə birbaşa ünsiyyətdə olmaqdan ibarətdir. Teatr layihəyə ilin sonunda Bakı şəhərində bölgə teatrlarının iştirakı ilə festival keçirməklə yekun vurmaq niyyətindədir.

Teatr bu dəfə layihəni Qusar şəhərində Qusar Dövlət Ləzgi Dram Teatrı ilə birgə həyata keçirib.

Qeyd edək ki, layihənin ilk səfəri Lənkəran şəhərində  Lənkəran Dövlət Dram Teatrı ilə birgə uğurla həyata keçirilib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək