Alimlər Yer kürəsində gözlənilən fəlakətlə bağlı XƏBƏRDARLIQ ETDİ
"Okeanın yanında yaşamasanız belə, bu sizi də təsirləndirəcək"
Xpress.az xəbər verir ki, McGill Universitetinin professoru Erik Qelbrayt bildirib ki, iqlim dəyişikliyi və onun nəticəsində baş verən dəyişikliklər təkcə sahil ərazilərində yaşayanlara deyil, bütün dünyaya təsir göstərəcək:
“İqlim dəyişikliyi və dəniz səviyyəsinin qalxması okeanın yaxınlığında yaşayıb-yaşamamağımızdan asılı olmayaraq hər birimizə təsir edəcək.”
Tədqiqat müəllifləri hesab edirlər ki, təqdim olunan nəticələr memarlar, şəhər planlaşdırıcıları və infrastruktur tərtibatçıları üçün mühüm məlumat daşıyır. Bu cür elmi proqnozlar vasitəsilə gələcəkdə mümkün ekoloji fəlakətlərin qarşısını almaq, zərəri minimuma endirmək və davamlı şəhərsalma strategiyalarını inkişaf etdirmək mümkündür.
Qeyd edək ki, alimlər bu kimi tədqiqatların dayanıqlı inkişaf, iqlimə uyğun planlaşdırma və ekoloji təhlükəsizlik sahəsində görüləcək tədbirlərin əsasını təşkil etdiyini bildirirlər.