Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Antalya kitabxanasında Azərbaycan bölməsi açıldı
Antalya kitabxanasında Azərbaycan bölməsi açıldı
Təhsil

Antalya kitabxanasında Azərbaycan bölməsi açıldı

Xpress.az Redaksiyası 03.11.2025 21:45

Antalya kitabxanasında Azərbaycan bölməsi açılıb.

Xaricdə fəaliyyətə başlayan ən böyük Azərbaycan bölməsidir.

Bölmənin açılışında mədəniyyət naziri Adil Kərimli də iştirak edib. 

Yeni yaradılan bölmə ilə bağlı məlumat verən Kəpəz bələdiyyə başçısı Məsud Kocagöz çıxışı zamanı bildirib ki, hazırda kitabxana fondunda Azərbaycan ədəbiyyatına aid 759 kitab var.

“İki dövlət, bir millət olan can qardaşımız Azərbaycan üçün belə bir seçim etdiniz, bu, bizim üçün də qürurvericidir. Burada ümumilikdə 759 kitab var, onların 400-ü Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təqdim olunub, qalan hissəsi isə kitabxananın öz imkanları ilə toplanıb.

Burada həm Azərbaycan türkcəsində, həm də Türkiyə türkcəsində kitablarımız mövcuddur. Hazırda kitabxanamızda mindən çox Azərbaycan vətəndaşı qeydiyyatdadır. Bu səbəbdən belə bir layihə çox uğurlu oldu. Qarşılıqlı əməkdaşlığın və dostluğun davam etməsini ürəkdən arzulayıram. Xeyirli olsun”. 

Yeni açılan Azərbaycan bölməsində Molla Pənah Vaqif, Şah İsmayıl Xətai, Abbas Səhhət, Nizami, Məhəmməd Füzuli və digər görkəmli Azərbaycan müəlliflərinin əsərləri oxucular üçün təqdim olunub. Kitabxana 24 saat fəaliyyət göstərir. 

Açılış mərasimi zamanı kitabxanada Azərbaycan musiqiləri səsləndirilib, tədbir iştirakçılarına xüsusi mədəni atmosfer yaradılıb.

Lamiyə Məmmədova








Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək