Mədəniyyət
Aparıcı Kəmalə Günəşlini biabır etdi: Müğənni studiyanı tərk etdi - VİDEO
Xpress.az Redaksiyası
27.10.2025 12:09
Kəmalə Günəşli efirə üstündə etiketi qalan paltarla qatılıb.
MTV-də yayımlanan “İki Üz” verilişinin aparıcısı bu məqamı efirdə nümayiş etdirib. Hərəkət müğənninin xoşuna gəlməyib və tərəflər arasında gərginlik yaranıb.
Kəmalə Günəşli bildirib ki, hər efir üçün fərqli geyimlər aldığına görə etiketi çıxarmağı unudub. Onun sözlərinə görə, aparıcı bunu açıq şəkildə nümayiş etdirməməli idi.
Mübahisə böyüyüb və nəticədə Kəmalə Günəşli proqramı yarımçıq tərk edib.
İzləyicilər isə sosial şəbəkələrdə aparıcını tənqid atəşinə tutaraq, davranışını etik saymayıblar.(Yenisabah.az)