Cəmiyyət
Bakıda şadlıq evindən MEYİT TAPILDI
Xpress.az Redaksiyası
24.10.2025 07:39
Bakıda şadlıq evində ölüm hadisəsi olub.
Hadisə Nizami rayonu, Mikayıl Əliyev küçəsindəki şadlıq evlərindən birində qeydə alınıb.
Burada ofisiant işləyən 20 yaşlı Nurlan Abuzər oğlu Əliyevin meyiti tapılıb.
Gəncin hansı səbəbdən öldüyü məlum deyil.
Hazırda araşdırma aparılır. (lent.az)