Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət BDU-nun Jurnalistika fakültəsində “Qlobal media və...
BDU-nun Jurnalistika fakültəsində “Qlobal media və informasiya savadlılığı” adlı elmi seminar
Mədəniyyət

BDU-nun Jurnalistika fakültəsində “Qlobal media və informasiya savadlılığı” adlı elmi seminar KEÇİRİLİB

Xpress.az Redaksiyası 28.10.2025 18:10

UNESCO-nun himayəsi ilə bütün dünyada oktyabrın 24-dən 31dək keçirilən “Qlobal media və informasiya savadlılığı” çərçivəsində bu gün BDU-nun Jurnalistika fakültəsində elmi seminar keçirilib.  "Klassik media üçün müasir təhdidlər: jurnalistikaya inam niyə azalır?" mövzusuna həsr olunmuş seminarda Multimedia və elektron kommunikasiya kafedraslnın müdiri, professor Qulu Məhərrəmli çağdaş medianın problemləri ilə bağlı giriş sözü söyləyib.

Sonra kafedranın müəllimi, media və kommunukasiya üzrə tanınmış təlimçi Günel Əhmədova “Klassik media üçün təhdidlər və jurnalistikaya inam niyə azalır?” mövzusunda maraqlı məruzə edib.

O, sosial şəbəkələr, texnoloji manipulyasiya və süni zəka, mediaya inamı necə bərpa etmək barədə  danışıb.  

G.Əhmədova beynəlxalq Röyter (Reuters) İnstitutunun 2025-ci ilin iyun ayında dərc etdiyi “Rəqəmsal xəbər hesabatı”ndakı məlumatları təhlil edib, mediaya təhdidlər üzrə ən son icmalı seminar iştirakçılarının nəzərinə çatdırıb.

 Jurnalistikaya inamı bərpa etməyin yolunun şəffaflıq, etika və şəraitə uyğunlaşmadan keçdiyini vurğulanıb. Seminar kafedra müəllimlərinin maraqlı müzakirələri ilə yekunlaşıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək