Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Bu müəllimlərin maaşının artırılması gözlənilir
Bu müəllimlərin maaşının artırılması gözlənilir
Təhsil

Bu müəllimlərin maaşının artırılması gözlənilir

Xpress.az Redaksiyası 18.10.2025 14:05

Azərbaycanın 2026-cı il dövlət büdcəsində təhsil xərcləri 5 milyard 15 milyon 897 min 622 manat məbləğində nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə təxminən 78,6 milyon manat çoxdur. Ümumilikdə təhsil xərclərində 1,6 faizlik artım müşahidə olunur.

Modern.az xəbər verir ki, büdcədən peşə və ali təhsil üçün daha çox vəsait ayrılıb.

Rəsmi rəqəmlərə görə, peşə təhsili üçün ayrılan vəsait 28,3 faiz, ali təhsil üçün isə 17,6 faiz artıb. Belə ki, peşə təhsilinə 105,4 milyon manat, ali təhsilə isə 212,4 milyon manat ayrılıb.

Artım əsasında təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, müasir ixtisas proqramlarının tətbiqi və müəllimlərin maaşlarının mərhələli şəkildə artırılması ilə bağlıdır.

Ümumi təhsildə cüzi artım, orta ixtisasda azalma müşahidə olunur

2026-cı ildə ümumi təhsil üçün 2 milyard 414 milyon manat ayrılıb - bu da 2025-ci illə müqayisədə 67 milyon manat çoxdur. Artım əsasən müəllimlərin əməkhaqqı fondunun artırılması və məktəblərin yenidənqurulması layihələri ilə əlaqələndirilir.

Bununla yanaşı, orta ixtisas təhsilinə ayrılan vəsait 104,8 milyon manatdan 94,2 milyon manata enib, yəni 10,2 faiz azalma baş verib. Əlavə təhsil üçün nəzərdə tutulan məbləğdə də cüzi azalma (2,6 faiz) qeydə alınıb.

Digər istiqamətlərdə vəziyyət

Təhsil sahəsində tətbiqi tədqiqatlara ayrılan vəsait 7,4 milyon manatdan 7,8 milyon manata yüksəlib.

Digər müəssisə və tədbirlərə ayrılan vəsait isə 1,9 faiz azalıb - 2025-ci ildə 1 milyard 726 milyon manat olduğu halda, 2026-cı ildə 1 milyard 692 milyon manata endirilib.

İqtisadçı Emin Qəribli açıqlamasında bildirib ki, orta məktəblərdə çalışan müəllimlərin maaşının artırılması üçün Prezidentin sərəncamına ehtiyac olur, ali təhsil mərkəzləri isə publik hüquqi şəxs olduğu üçün maaşların artırılması daxili gəlirləri əsasında hesablanır. 

"Təhsilə ayrılan vəsaitlər əsasən onların beynəlxalq reytinq cədvəllərinə daxil olması üçün gedən işlərə - xaricdən müəllimlərin dəvət olunması, laboratoriyalar üçün avadanlıqların gətirilməsi, interaktiv dərslərin keçirilməsinə xidmət edəcək”. 

O qeyd edib ki, büdcədən ali təhsil mərkəzlərinə ayrılan pulların artması onu deməyə əsas verir ki, növbəti ildə ödənişsiz əsaslarla universitetə qəbul olunanların sayı da artacaq.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək