Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Gənc nəsillər üçün siqaret çəkməyi qadağan edildi-
Gənc nəsillər üçün siqaret çəkməyi qadağan edildi-
Dünya

Gənc nəsillər üçün siqaret çəkməyi qadağan edildi- BU ÖLKƏDƏ

Xpress.az Redaksiyası 05.11.2025 20:30

Maldiv adaları 1 yanvar 2007-ci il və ondan sonra doğulmuş gənclərə tütün istifadəsini qadağan edərək, dünyada nəsillərarası tütün qadağası tətbiq edən ilk ölkəyə çevrilib.

KİV-lərə istinadən xəbər verir ki,Arxipelaqın səhiyyə nazirliyi açıqlayıb ki, bundan sonra ölkə daxilində bu yaş qrupunun tütün məhsullarını almağı, satması və istifadəsi qanunsuz olacaq. Nazirlik bildirib ki, qadağa “gəncləri tütünün zərərlərindən qorumaq məqsədilə hökumətin güclü öhdəliyini əks etdirir”.

Tütün nəzarəti şurasının sədr müavini Əhməd Əfaal BBC Dünya Xidmətinə müsahibəsində ötən il tətbiq olunan ümumi veypinq qadağasının “tütündən azad vətəndaşlar nəsli üçün vacib addım” olduğunu qeyd edib. Nazirlik əlavə edib ki, yeni qadağa bütün tütün məhsullarına aiddir və pərakəndə satıcılar satışdan əvvəl alıcının yaşını təsdiqləməlidirlər.

Əfaalın sözlərinə görə, ölkədə veypinqə qarşı mübarizə vacibdir, çünki yeni qurğular gəncləri asılılığa yönəldir və onların sağlamlığına ciddi zərər verir. Keçən il Maldiv adaları elektron siqaret və veypinq məhsullarının idxalını, satışını, saxlanmasını, istifadəsini və paylanmasını bütün yaş qrupları üçün qanunsuz elan edib.

Qadağa turistlərə də şamil olunur, lakin Əfaal bildirir ki, bu, turizmə mənfi təsir göstərməyəcək:
"İnsanlar Maldiv adalarına siqaret çəkmək üçün gəlmirlər. Onlar çimərlik, dəniz, günəş və təmiz hava üçün gəlirlər."

Turizm məlumatlarına görə, qadağaya baxmayaraq, turistlərin sayı azalmayıb və son bir ildə artım müşahidə olunub. Əfaal proqnozlaşdırır ki, növbəti ildə 2 milyondan çox turist adaları ziyarət edəcək.

Qeyd edək ki, Yeni Zelandiya nəsillərarası siqaret qadağası planını 2023-cü ildə ləğv edib, Böyük Britaniya isə 2009-cu il və ondan sonra doğulan gənclərin siqaret çəkməsini qadağan edən qanun layihəsini Lordlar Palatasında komitə mərhələsində təqdim edib.

 

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Hərbçilərlə bağlı YENİ QAYDA:

22.09.2026 10:49 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək