Dünya
Himalayda qar uçqunu nəticəsində 7 nəfər həlak oldu
Xpress.az Redaksiyası
03.11.2025 21:15
Nepaldakı Yalung Ri-Himal dağındakı düşərgədə qar uçqunu nəticəsində beş xarici alpinist və iki nepallı bələdçi ölüb.
"CNN"ə istinadən xəbər verir ki, düşərgədə daha beş nəfər yaralanıb.
Xarici alpinistlərin milliyyəti və şəxsiyyəti hələ təsdiqlənməyib.