Kiçik Tramp Ermənistana gedir
ABŞ-nin keçmiş prezidenti Donald Trampın oğlu Donald Con Tramp noyabrın 12-də Ermənistana səfər edəcək.
Xpress.az xəbər verir ki, bu barədə Ermənistanda dərc olunan “Past” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, səfərin məqsədləri arasında biznes maraqları və hakimiyyətin müxtəlif dairələri ilə görüşlər yer alır. Hələlik Donald Con Trampın Ermənistanın baş naziri Nikol Paşinyanla görüşünün planlaşdırılıb-planlaşdırılmadığı məlum deyil.
Ehtimal olunur ki, səfər Ermənistanın ABŞ-dəki yeni səfiri Narek Mkrtçyan tərəfindən təşkil edilib.
Xatırladaq ki, Donald Con Tramp amerikalı iş adamı və ictimai fəaldır. O, ABŞ-nin 45-ci və 47-ci prezidenti Donald Tramp və onun birinci həyat yoldaşı İvana Trampın böyük övladıdır.