Dünya
KİV: Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur
Xpress.az Redaksiyası
03.11.2025 20:30
"Hazırda Türkiyə-Ermənistan sərhədinin açılması müzakirə olunmur".
Bu barədə Rusiya mətbuatına Türkiyədəki diplomatik mənbələrdən məlumat daxil olub.
Bildirilir ki, iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün danışıqlar prosesi davam edir.
"Hazırda konkret olaraq sərhədin açılmasından yox, münasibətlərin normallaşdırılmasından danışırıq. Sərhədlərin açılması prosesin gedişindən asılı olacaq. Hələlik bununla bağlı konkret müddət yoxdur", - xəbərdə bildirilir.