Madrid Zəfər Gününün sədaları ilə səsləndi
– “Sülhün səsi” konserti alqışlarla qarşılandı
Xpress.az xəbər verir ki, Azərbaycanın İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününün 5-ci ildönümü münasibətilə Madridin mərkəzində “Sülhün səsi” adlı konsert keçirilib.
Tədbirdə Əməkdar artist Şəhriyar İmanov və pianoçu, bəstəkar Etibar Əsədli çıxış ediblər. Onların ifası tamaşaçılar tərəfindən gurultulu alqışlarla qarşılanıb.
Səfir Ramiz Həsənov çıxışında qeyd edib ki, 8 Noyabr Azərbaycan xalqının ədalətin bərpasını və ərazi bütövlüyünün təminini simvolizə edən gündür. O həmçinin Azərbaycan–Ermənistan sülh sazişinin bölgədə barışıq istiqamətində mühüm addım olduğunu vurğulayıb.
Tədbirdə diplomatik korpusun, ispan rəsmilərinin və Azərbaycan icmasının nümayəndələri olmaqla 200-dən çox qonaq iştirak edib. Konsertdən sonra iştirakçılar üçün qəbul təşkil olunub