Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə İdman Mbappe penaltini vura bilmədi, "Real Madrid"in aza...
Mbappe penaltini vura bilmədi, "Real Madrid"in azarkeşinin ürəyi dayandı
İdman

Mbappe penaltini vura bilmədi, "Real Madrid"in azarkeşinin ürəyi dayandı

Xpress.az Redaksiyası 01.11.2025 23:05

Kilian Mbappenin penaltini dəqiq yerinə yetirə bilməməsi "Real Madrid" azarkeşinin ölümünə səbəb olub.

 "Sport" nəşrinə istinadən xəbər verir ki, İspaniya çempionatında "Barselona" ilə görüşün 52-ci dəqiqədə fransalı hücumçu real qol vəziyyətindən yararlana bilməyib.

Həmin vaxt tribunada olan israilli azarkeş huşunu itirib. Yaxınlıqdakı azarkeşlər və "Real Madrid"in belçikalı qapıçısı Tibo Kurtua hakimə oyunu dayandırmaq üçün işarə versələr də, matç dayandırılmayıb.

Azarkeşə stadionun tibb işçiləri tərəfindən ilkin tibbi yardım göstərilib. Daha sonra xəstəxanaya çatdırılan fanatın həyatını xilas etmək mümkün olmayıb.

Xatırladaq ki, oktyabrın 26-da Madridin "Santyaqo Bernabeu" stadionunda baş tutan qarşılaşma "Real"ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək