Səhnənin kövrək ürəyi — Vahid Əliyev
Sənətkarlarımızı bir-bir itiririk…
Günlər keçdikcə onların sayı azalır, səhnələr bir az da səssizləşir. Ötən gün isə Azərbaycan səhnəsinin dəyərli sənətkarı Vahid Əliyev bu dünyadan köçdü.
Televiziya çıxışları, səhnədəki parlaq ifaları ilə yadda qalan Vahid müəllim — duyğunun, həssaslığın, səmimiyyətin təcəssümü idi. O, səhnəyə çıxanda salonun havası dəyişirdi. Bir baxışı kifayət idi — sözlər mənasını itirər, duyğular sükutun içində danışmağa başlayardı.
Vahid Əliyev — sərt danışan, amma içində uşaq kimi saf bir ürək daşıyan bir insan idi. Bəzən qəzəblənərdi, lakin o qəzəbin arxasında sənətə, insana, həqiqətə olan yanğı gizlənərdi. Onun səhnə təcrübəsi sadəcə aktyorluq deyildi — o, hər rolu yaşardı. Hər obrazda bir parça özünü qoyar, sanki səhnə onun ömrünün davamına çevrilərdi. Tamaşaçı onun baxışlarında bir həyat hekayəsini, bir ürəyin döyüntüsünü oxuyardı.
O, duyğularını gizlətməzdi. Göz yaşlarını da, qəhqəhəsini də səhnəyə gətirərdi — çünki inanırdı ki, həqiqi aktyor ağlamaqdan qorxmamalıdır.
Məkanınız cənnət olsun, ustad.
Səhnə sizi heç vaxt unutmayacaq…