Dünya
Avtomobildə partlayış: 8 nəfər ölüb, 24 nəfər...
Xpress.az Redaksiyası
10.11.2025 19:50
Hindistanın Delhi şəhərində avtomobildə baş verən partlayış nəticəsində səkkiz nəfər həyatını itirib, 24 nəfər isə xəsarət alıb.
Xpress NDTV-yə istinadən xəbər verir ki, hadisə metrostansiyasının yaxınlığında qeydə alınıb.
Delhi polisi güclü partlayışın olması barədə məlumat yayıb.
Hadisə yerinə təxminən 20 yanğınsöndürən maşın göndərilib, polis ərazini tam mühasirəyə alıb. Bu bölgə ilboyu turistlərin sıx ziyarət etdiyi məkanlardan biridir. Yeni Dehlidə yüksək hazırlıq rejimi elan olunub.
Partlayışın səbəbi hələlik məlum deyil.