COP30 Braziliyada başladı
Xpress.az xarici mənbələrə istinadən xəbər verir ki, 30-cu BMT İqlim Dəyişikliyi Konfransı — COP30 bu gün Braziliyanın Belém şəhərində öz işinə başlayıb. Konfrans 10–21 noyabr 2025 tarixləri arasında keçiriləcək.
Tədbirdə dünya liderləri və nümayəndə heyətləri iqlim böhranı, meşələrin qorunması və maliyyələşmə mexanizmləri kimi mühüm məsələləri müzakirə edirlər. Ev sahibi Braziliya yalnız razılaşmaların deyil, real nəticələr və sərmayələrin vacibliyini vurğulayıb.
Ekspertlərin sözlərinə görə, Azərbaycan son illərdə yaşıl enerji keçidi, bərpa olunan enerji layihələri və ekoloji diplomatiya sahəsində mühüm addımlar ataraq regionda davamlı inkişafın aparıcı mərkəzinə çevrilib. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurda yaradılan “yaşıl enerji zonası” ölkənin iqlim hədəflərinə sadiqliyinin göstəricisi kimi qiymətləndirilir.
Mütəxəssislər hesab edir ki, Azərbaycan COP30 kimi beynəlxalq platformalarda məsuliyyətli və nümunəvi tərəfdaş kimi çıxış etməklə qlobal iqlim səylərinə real töhfə verəcəkdir.