Dünya
Rusiya 37 Ukrayna PUA-sını məhv etdi
Xpress.az Redaksiyası
11.11.2025 08:29
Xpress.az xəbər verir ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri ötən gecə Ukraynaya məxsus 37 pilotsuz uçuş aparatını (PUA) məhv edib. Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, PUA-lar müxtəlif istiqamətlərdən Rusiya ərazisinə daxil olmağa cəhd edib, lakin hava hücumundan müdafiə sistemləri tərəfindən vaxtında aşkarlanaraq zərərsizləşdirilib.
Bildirilib ki, insident nəticəsində heç bir mülki obyektə ziyan dəyməyib.