Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya ABŞ hökuməti yenidən açılır
ABŞ hökuməti yenidən açılır
Dünya

ABŞ hökuməti yenidən açılır

Xpress.az Redaksiyası 11.11.2025 08:57

ABŞ Senatı oktyabrın 1-də fəaliyyətini dayandırmış hökumətin yenidən işə başlamasına imkan verəcək müvəqqəti büdcə layihəsini qəbul edib.

Modern.az xəbər verir ki, hökuməti yanvar ayının sonuna qədər maliyyələşdirəcək layihə 60 lehinə, 40 əleyhinə səslə qəbul olunub.

Layihəyə bir respublikaçı senator qarşı çıxıb, səkkiz demokrat və ya müstəqil senator isə “bəli” səsi verib.

Sənəd Kənd Təsərrüfatı Nazirliyi, Veteranlar İşləri Nazirliyi və Konqresə maliyyə ili boyu, digər federal qurumlara isə 30 yanvara qədər maliyyə ayırmağı nəzərdə tutur. Layihəyə görə, hökumətin bağlanması zamanı işdən azad edilməsi planlaşdırılan 4 mindən çox federal əməkdaş işində qalacaq.

Bununla belə, demokratlar üçün əsas fikir ayrılığı yaradan səhiyyə subsidiyalarının uzadılması məsələsi layihəyə daxil edilməyib. Bu məsələ ilə bağlı səsvermənin dekabr ayında keçirilməsi planlaşdırılır.

Layihənin növbəti mərhələsi Nümayəndələr Palatasında müzakirə ediləcək. Palatada da təsdiqlənəcəyi təqdirdə sənəd imzalanmaq üçün ABŞ prezidenti Donald Trampın masasına təqdim olunacaq. Trampın layihəni imzalamasından sonra federal hökumətin yenidən fəaliyyətə başlaması gözlənilir.

Xatırladaq ki, Konqres yeni maliyyə ili başlamazdan öncə federal hökumətin maliyyələşdirilməsi ilə bağlı razılığa gələ bilmədiyi üçün hökumət 1 oktyabrda bağlanmışdı. Nəticədə bir çox federal qurumlar fəaliyyətini dayandırmış, bu da ABŞ tarixində ən uzunmüddətli hökumət bağlanmasına səbəb olmuşdu.

Demokrat və respublikaçı senatorlar bağlanmanın 40-cı günündə müvəqqəti büdcə layihəsi üzərində razılıq əldə ediblər. Demokratların səhiyyə subsidiyalarının davam etdirilməsi tələbindən imtina etməsi hökumətin yenidən açılması prosesinin qarşısındakı əsas maneəni aradan qaldırıb.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək