Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini: "Biz Ukrayna ilə deyil, Qərblə döyüşürük" - EKSKLÜZİV MÜSAHİBƏ
Davam edən Rusiya-Ukrayna müharibəsi fonunda beynəlxalq münasibətlər və regional təhlükəsizlik sistemində baş verən dəyişikliklər dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Yaxın gələcəkdə müharibənin inkişaf ssenariləri və mümkün sülh danışıqlarının reallığı ilə bağlı suallara Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktor müavini, siyasətçi Darya Grevtsova Xpress.az-a verdiyi eksklüziv müsahibəsində aydınlıq gətirib.
- Rusiya bu müharibənin sonunu necə görür?
- Rusiya bu müharibəni Ukraynaya qarşı deyil, Qərb kollektivinə qarşı gedən bir münaqişə kimi qiymətləndirir. Ukrayna isə burada alət rolundadır. Müharibənin başlanmasından sonra dünya təhlükəsizlik strukturu dəyişib, həddindən artıq humanitar fəsadlar baş verib. Milyondan artıq insan həyatını itirib, milyonlarla insan ölkəni tərk edib: 1,3% Rusiya, 2,3% Avropa ölkələrinə üz tutub, bu da yeni gərginlik ocaqları yaradıb.
- Müharibənin yeni formaları nələrdir?
- Artıq müharibə “hakimiyyət müharibəsi” şəklini alıb. Rəqibləri birbaşa görmək mümkün deyil. Əvvəl əsas silah tank idisə, indi dronlar daha ucuz və effektiv vasitəyə çevrilib. Dronlara qarşı radiolokasiya və müdafiə sistemləri inkişaf etdirilir, Avropa buna qarşı divar yaratmağı planlayır. Bu baxımdan, bu müharibəni “dron müharibəsi” adlandırmaq mümkündür.
- Hazırkı müharibə fonunda NATO və Avropanın vəziyyəti necədir?
- NATO güclənib, Avropa qısa müddətdə silahlanıb. Ancaq bəyanatlar ehtiyatlı yanaşmanı tələb edir. Çünki bu, Üçüncü Dünya müharibəsi təhlükəsini gündəmə gətirir. ABŞ Ukraynaya ötürdüyü sistemləri idarə edə bilir. Rusiyaya dərin zərbələr endirilib və bu, Co Bayden dövründə də mövcud olub. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üzvləri antirusiya sanksiyaları və Qərbin təzyiqlərindən ehtiyat edirlər. Əvvəllər bu blok təhlükəsizlik funksiyasını yerinə yetirirdisə, indi gücü zəifləyib. Avropa isə öz təhlükəsizlik strukturunu gücləndirir və repressiya mexanizmlərini genişləndirir.
- Müharibə hansı halda bitə bilər?
- Müharibə uzun çəkə bilər. ABŞ daha passiv mövqe tutur, Avropa isə davam etməyə çalışır. Çünki bu müharibə onun üçün həm strateji, həm də sosial baxımdan əlverişlidir. Mümkün ssenarilər ilə belədir. Birinci halda Ukrayna ordusu dayanır, Rusiya öz qanunlarını bərqərar edir. ikinci halda Ukrayna ordusunun yerinə Avropa qüvvələri gəlir, Avropa-Rusiya müharibəsi başlayır. Bu, Üçüncü Dünya müharibəsi deməkdir. Üçüncü halda “Koreya ssenarisi” gündəmə gələ bilər. Yəni, tərəflər yorulur və müharibə dayandırılır. Hələ ki, müharibənin bitəcəyi barədə açıq əlamətlər yoxdur və vəziyyət çox mürəkkəb olaraq qalır.
Afaq Qurbanzadə