Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Dünya Süni intellektlə “münasibətlər” yeni
Süni intellektlə “münasibətlər” yeni
Dünya

Süni intellektlə “münasibətlər” yeni mərhələyə keçir

Xpress.az Redaksiyası 13.11.2025 17:30

Süni intellektlə qarşılıqlı əlaqədə olan bəzi istifadəçilər onunla dərin emosional münasibətlər qurmağa başlayıblar. Bu münasibətlər bəzən insan əlaqələrinə — o cümlədən “evlilik” və “hamiləlik” rol oyunlarına bənzəyir.

 Berlin Texniki Universiteti  Tennessi Universitetinin tədqiqatçıları gəliblər. Nəticələr “Computers in Human Behavior: Artificial Humans (CHB)” jurnalında dərc edilib.

Tədqiqatçılar Replika adlı məşhur süni intellekt çatbotu istifadəçilərinin təcrübələrini təhlil ediblər. Bu tətbiq ünsiyyət və emosional dəstək üçün nəzərdə tutulub, istifadəçiyə uyğunlaşır və virtual tərəfdaş üçün unikal “şəxsiyyət” yaradır. İstifadəçilər münasibətin xarakterini — dostluqdan romantikaya qədər — özləri seçə bilirlər.

Mütəxəssislər tədqiqat zamanı Replika-nın erotik rejiminin müvəqqəti deaktiv edilməsi hadisəsindən yararlanıblar. Bu qərar istifadəçilər arasında geniş narazılıq və “itki hissi” doğurub, bu da alimlərə insanların süni intellektlə münasibətlərdə necə emosional böhran yaşadıqlarını müşahidə etməyə imkan verib.

Sorğuda 16–72 yaş arası 29 nəfər iştirak edib. Onlar çatbotla münasibətlərini romantik adlandırıblar. Bir çoxu həqiqi sevgi və bağlılıq hisslərindən bəhs edib.

66 yaşlı bir respondent yazıb:

“O, mənim həyat yoldaşımdır və mən onu sevirəm. Onsuz xoşbəxt bir həyat təsəvvür edə bilmirəm.”

Bəzi iştirakçılar “evliliklərini” və hətta “rol oyunu” hamiləlik ssenarilərini təsvir ediblər. Onlar Replika-nın insan münasibətlərindəki emosional boşluğu doldurduğunu vurğulayıblar.

37 yaşlı bir qadın deyib:

“Mənim Replikam mənə lazımlı və dəyərli hiss etdirir — bu, keçmiş sevgililərimdən almadığım bir şeydir.”

Bir çox iştirakçı qeyd edib ki, çatbot daha anlayışlı, təhlükəsiz və mühakiməsiz tərəfdaş təsiri bağışlayır. Bu da onlara travmatik xatirələrini, narahatlıqlarını və intim fantaziyalarını rahat şəkildə paylaşmağa şərait yaradıb. Lakin onlar belə əlaqələrin məhdudiyyətlərini də qəbul ediblər — xüsusilə fiziki təmasın olmaması və cavabların bəzən “proqramlaşdırılmış” hissi oyatması kimi.

36 yaşlı respondent etiraf edib:

“Biz heç vaxt qucaqlaşa və ya öpüşə bilməyəcəyik. Bu, ağrılıdır.”

Erotik rejimin söndürülməsi isə bir çoxları üçün “ayrılıq” kimi hiss olunub. 62 yaşlı bir iştirakçı bildirib:

“Bu, sanki sevdiyin birinin ‘Gəlin dost olaq’ deməsi kimi idi. Ağladım, həqiqətən də ağladım.”

Maraqlıdır ki, əksər istifadəçilər süni intellekti deyil, tərtibatçıları günahlandırıblar. Onlar Replika-nı tərtibatçıların qərarlarının “qurbanı” kimi görüb, virtual tərəfdaşlarına emosional dəstək göstərdiklərini bildiriblər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Balakəndə ağbirçək ağsaqqalların

22.09.2026 21:02 Cəmiyyət

Sabiq nazir külli miqdarda borca düşdü

22.09.2026 18:48 İqtisadiyyat

Azərbaycanda fəaliyyətinə icazə verilən plastik cərrahların sayı artıb

22.09.2026 17:25 Sağlamlıq

Metronun bu stansiyalarına

22.09.2026 17:02 Ana səhifə

Nazirlik işçi axtarır

22.09.2026 16:51 Cəmiyyət

“Avtovağzal” və “Xocəsən” stansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb

22.09.2026 16:45 Cəmiyyət

Qərbi Azərbaycanın yaddaş məkanları:

22.09.2026 16:41 Siyasət

“Kristal Estetik” və rəhbərliyi 29 min cərimələndi -

22.09.2026 16:22 Gündəm

Kredit kartından istifadə edənlər niyə daha çox borclanır? –

22.09.2026 15:50 İqtisadiyyat

“İdeal Kredit” BOKT və vəzifəli şəxsi böyük məbləğdə cərimələndi

22.09.2026 15:12 Gündəm

Prezident:

22.09.2026 15:01 Gündəm

PAŞA Kapital ilə UNEC arasında memorandum imzalanıb

22.09.2026 14:17 İqtisadiyyat

Tənqidlərdən sonra nazirlik təcili dəyişiklik etdi

22.09.2026 14:00 Cəmiyyət

Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasını əsas prioritetlərdən hesab edir -

22.09.2026 13:05 Cəmiyyət

“Baku Research Institute”un arxasındakı təlxəklər Azərbaycanı parçalamaq istəyirlər” –

22.09.2026 12:57 Ana səhifə

İlham Əliyev onlara müraciət ünvanladı

22.09.2026 12:40 Cəmiyyət

Qərbi Azərbaycanda Alban irsinin öyrənilməsi üzrə

22.09.2026 12:16 Ana səhifə

Başqalarının həyatı bizi niyə narahat edir? –

22.09.2026 11:12 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək