Dünya
Təyyarə qəzasında həlak olan hərbçilərin nəşi Gürcüstandan Türkiyəyə yola salınıb
Xpress.az Redaksiyası
13.11.2025 20:30
Türkiyənin "C-130 tipli" hərbi yük təyyarəsinin Azərbaycan-Gürcüstan sərhədində qəzaya uğraması nəticəsində həlak olan 20 hərbçinin nəşini daşıyan təyyarə Türkiyəyə yola düşüb.
Məlumata görə, təyyarə Gürcüstanın paytaxtı Tbilisidən havaya qalxıb.
Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan, heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.