Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Müsahibə “Xarici dil öyrənmək artıq lüks deyil – zərurətdir...
“Xarici dil öyrənmək artıq lüks deyil – zərurətdir”
Müsahibə

“Xarici dil öyrənmək artıq lüks deyil – zərurətdir” - World Karyera Mərkəzinin rəhbəri

Xpress.az Redaksiyası 14.11.2025 14:30

Təhsil sahəsində yenilikçi yanaşması və effektiv tədris metodları ilə tanınan “World” Karyera Mərkəzi artıq 12 ildir ki, minlərlə insanın xarici dil öyrənmə və karyera inkişafına dəstək olur. Mərkəzin rəhbəri və təhsil eksperti Aygün Məmmədli ilə xarici dillərə olan artan tələbat, yeni tədris modelləri və müasir işgüzar mühitdə dil biliklərinin rolu barədə danışdıq. 

-Xarici Dil Mərkəzi nə vaxt və hansı məqsədlə yaradılıb?
Xarici Dil Mərkəzi 2013-cü ilin oktyabr ayında xarici dillərin öyrədilməsi və bu dillər vasitəsilə müxtəlif şəxslərin təhsildə və karyerada uğur qazanmasına dəstək olmaq məqsədilə yaradılıb.

-Burada hansı dillər tədris olunur və niyə məhz bu dillər seçilib?
İlk illərdə əsasən ingilis və rus dilləri tədris olunurdu. 2016-cı ildən alman dilinə tələbat artdı. 2020-ci ildən isə koreya və çin dilləri aktiv şəkildə tədris edilir. Son dövrlərdə Çin və Koreya ilə mədəni-iqtisadi əlaqələrin genişlənməsi gələcək əməkdaşlıqlar, birgə investisiya layihələri və ortaq şirkətlərin yaranması üçün əlverişli şərait formalaşdırır. Buna görə də valideynlərə tövsiyə edirik ki, uşaqlarda 10 yaşından etibarən koreya və çin dili biliklərini inkişaf etdirsinlər.
“World” Karyera və Peşə Mərkəzində həm Azərbaycan, həm rus, həm də ingilis bölməsi üzrə çin və koreya dilləri tədris olunur.

-Hədəf auditoriyanız kimlərdir?
Xarici dili asan və yadda qalan şəkildə öyrənmək, onu təhsil və karyera məqsədləri üçün istifadə etmək istəyən hər kəs bizim hədəf auditoriyamızdır. “World” Karyera və Peşə Mərkəzi yalnız Bakıda deyil, ölkənin digər rayon və kəndlərində yaşayan, eləcə də xaricdə yaşayan və ya təhsil alan həmvətənlərimizə onlayn şəkildə də dərslər təklif edir. Rus, ingilis, alman, çin və koreya dilləri üzrə onlayn dərslərə qoşulan hər kəs qısa müddətdə istədiyi sahədə irəliləyiş əldə edə bilər.

-Tədris metodikanız hansı prinsiplərə əsaslanır?
Bizim tələbələr müxtəlif yaş və fəaliyyət qruplarını əhatə edir: işgüzar şəxslər, evdar xanımlar, məktəblilər və tələbələr. Buna görə də hər bir şəxsin gündəlik həyatına və boş vaxtına uyğun fərdi proqram tərtib edirik.
Məktəblilər və tələbələr üçün proqram həm qrammatika və leksikanı, həm də dinləmə və danışıq bacarıqlarını inkişaf etdirir, eyni zamanda imtahanlara hazırlığı da əhatə edir.
İşgüzar şəxslər, evdar xanımlar və dili hobbi kimi öyrənənlər üçün isə əsas diqqət söz bazasının artırılmasına, danışıq və ünsiyyət bacarıqlarına, fikrin sərbəst ifadəsinə yönəldilir. Yetişkinlərdə vaxt məhdudiyyətinin olduğunu nəzərə alaraq ev tapşırığını minimum səviyyədə saxlayırıq.

-Onlayn və ya hibrid tədris imkanlarını genişləndirmək planlarınız varmı?
Biz 2020-ci ildə pandemiya dövründə onlayn təhsilə problemsiz keçə bilən azsaylı mərkəzlərdən biri olduq. Çünki əvvəldən bölgələrdə yaşayan şəxslərə onlayn dərslər təklif edirdik. Son illərdə tələbələr onlayn təhsilin əyani dərslər qədər effektiv olduğunu gördükləri üçün bu formata daha çox üstünlük verirlər.
Onlayn dərslərimiz görüntülü, canlı və əyani proqram əsasında keçirilir. Yolda vaxt və enerji itirmədikləri üçün tələbələr daha yaxşı fokuslana bilir, resurslardan çevik istifadə edirlər.
Hazırda həm əyani, həm də onlayn formada dərslər keçirilir. Bu, hibrid təhsil modelidir: tələbə onlayn dərslərə qatıldığı halda ay ərzində bir neçə dəfə mərkəzdə əyani dərsdə də iştirak edə bilir.

-Rəqabət mühitində mərkəzinizin mövqeyini necə qoruyursunuz?
Hər il yüzlərlə kurs açılır və bağlanır. Belə dinamik bazarda 12 ildir fəaliyyət göstərməyimizin əsas səbəbi daima yenilənmək, günün tələblərinə uyğunlaşmaq, trendlərdən yararlanmaq və yeni mühit yaratmaqdır.
Bu gün brendlərin əsas məqsədi potensial müştərinin diqqətini ilk olaraq cəlb etmək və onu uzun müddət maraqda saxlamaqdır. Biz də mərkəz olaraq potensial müştərilərimizin olduğu hər yerdə aktiv olmaq və fayda vermək üçün çalışırıq.

-Xarici Dil Mərkəzinin rəhbəri kimi gündəlik işiniz nədən ibarətdir?
Hər keçən il şirkət idarəçiliyi daha da çətinləşir və üzərində çalışmayan rəhbərlər oyundan kənarda qalır. Təcrübəmə baxmayaraq, hər gün inkişaf etməyə, yeni tendensiyaları öyrənməyə və tətbiq etməyə çalışıram.
Gündəlik olaraq dərs cədvəllərinə, tələbələrin davamiyyətinə və keyfiyyət sorğularına nəzarət edirəm. Daha sonra ildə bir neçə dəfə keçirilən səhər yeməkləri, maarifləndirici seminarlar və böyük forumların hazırlıqlarına uyğun olaraq planlı şəkildə işləri həyata keçirirəm.
Networking əlaqələrinin önəmli olduğu bu dövrdə üzvü olduğumuz biznes klublarının görüşlərində iştirak etmək, əməkdaşlıq üçün yeni tərəfdaşlar tapmaq və potensial müştərilərlə görüşlər təyin etmək də gündəlik işlərimə daxildir.

-İşgüzar insanlar üçün hansı xidmətləriniz var?
-İl ərzində kursa başlamaq istəsə də vaxt azlığından bunu təxirə salan minlərlə insan var. Onlar üçün iki əsas xidmət təklif edirik:

İş yerlərində korporativ şəkildə rus, ingilis, alman, çin və koreya dilləri üzrə dərslər. Müəllimlər əməkdaşlara uyğun saatlarda təyin olunur, dərslər kiçik qruplar şəklində keçirilir və proqram şirkətin məqsədləri əsasında hazırlanır.

Sahibkarlar və əməkdaşlar üçün onlayn, görüntülü, canlı və ev tapşırığı olmadan xarici dil tədrisi. İşgüzar insanların ev tapşırığına vaxt ayıra bilmədiyini nəzərə alaraq, proqramı dərsin özündə mənimsətməklə nəticəyə nail oluruq.

-Uğurlu bir dil mərkəzi üçün ən vacib 3 amil hansıdır?

-Hədəf kütləsini və onların ehtiyaclarını düzgün müəyyənləşdirmək

Peşəkar kadr seçimi, keyfiyyətli tədris, öz üzərində davamlı işləmək və yenilənmək

Günün tələblərinə uyğun olaraq PR, marketinq və reklam alətlərinə hər 6 ayda bir nəzarət etmək

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Payız gəldi, D vitamini azaldı?

18.09.2026 11:51 Sağlamlıq

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək