Dünya
Türkiyədə məhkəmə binasında partlayış: Yaralananlar var
Xpress.az Redaksiyası
25.11.2025 18:47
Türkiyənin Şanlıurfa şəhərində məhkəmə binasında partlayış baş verib.
Yerli mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində dörd nəfər yaralanıb. İlkin məlumatlara əsasən, partlayış binada yerləşən elektron cihazın sıradan çıxaraq partlaması səbəbindən baş verib.
Hadisə ilə bağlı araşdırma aparılır.