Puqaçova ağlını itirib?
Yazıçı Oleq Roy, Rusiyanı tərk edən Alla Puqaçovanın hazırkı vəziyyəti ilə bağlı sərt fikirlər səsləndirib. O bildirib ki, məşhur müğənni artıq “reallıqla əlaqəni kəsib”.
Royun sözlərinə görə, Puqaçova “artıq ağlını itirib” və müasir Rusiyada baş verən proseslərdə hər hansı əhəmiyyətli rol oynamır. Yazıçı hesab edir ki, bu gün onun fəaliyyətini və mövqeyini müzakirə etmək real mənada heç bir dəyər daşımır.
News nəşrinə müsahibəsində Roy eyni zamanda qeyd edib ki, hər nə qədər müğənninin mədəni irsi böyük olaraq qalsa da, onun şəxsi personası rus auditoriyası üçün aktuallığını itirib.
ABN24-ün məlumatına görə, Alla Puqaçova Rusiyada pensiya almağa və xaricə pul köçürməyə davam edir. Bildirilir ki, müğənni ayda təxminən 105 min rubl gəlir əldə edir.
Xpress.az