BBC-yə istinadən xəbər verir ki, ilkin açıqlamalara görə, yanğın nəticəsində indiyə qədər ən azı 13 nəfər həlak olub.
Həlak olan 13 nəfərdən 9-u hadisə yerində ölü elan edilib. Honkonq hakimiyyət orqanlarının məlumatına görə, 15 nəfər yaralanıb. Eyni zamanda, yanğınla mübarizə apararkən bir yanğınsöndürən də həlak olub.
Hadisə yerinə 700-dən çox yanğınsöndürən və onlarla texnika göndərilib.
Çin lideri Si Cinpin faciəvi hadisəylə bağlı başsağlığı verib.
Binanın içərisində neçə nəfərin qaldığı və ya yanğına nəyin səbəb olduğu hələ də məlum deyil.