Xalq artisti vəfat etdi
Rusiyanın xalq artisti, teatr və kino aktrisası Liliya Yudina dünyasını dəyişib.
Xpress.az xəbər verir ki, bu barədə məlumat Maly Teatrının Telegram kanalında yayılıb.
Aktrisanın 96 yaşı var idi. Ölüm səbəbi və vida mərasiminin tarixi hələlik açıqlanmayıb.
Teatr kollektivinin bəyanatında Yudinanın vəfatı “bərpa olunmaz itki” kimi qiymətləndirilib:
“Biz həmişə fəxr edəcəyik ki, Liliya Vitalyevna Yudina səhnəmizdə yeddi onillik ərzində parlayıb".
Karyerası ərzində Yudina çoxsaylı teatr obrazları canlandırıb və 23 filmdə çəkilib. Onun səhnəyə son çıxışı Aleksandr Ostrovskinin pyesi əsasında hazırlanmış “Hər müdrikdə kifayət qədər axmaqlıq vardır” tamaşasında Sofiya Turusina rolu olub.
