Dünyanın ən sıx məskunlaşmış şəhəri açıqlanıb
Birləşmiş Millətlər Təşkilatı (BMT) bildirir ki, Endoneziyanın paytaxtı Cakarta 42 milyon əhalisi ilə Tokionu geridə qoyaraq dünyanın ən sıx məskunlaşmış şəhəri ünvanını əldə edib.
BMT-nin İqtisadi və Sosial İşlər Departamentinin Əhali Bölməsi 2025-ci il Dünya Şəhərləşmə Gözləntiləri hesabatını paylaşdı.
Hesabata görə, Cakartanın əhalisi 42 milyon olaraq qiymətləndirilib, Banqladeşin paytaxtı Dəkkə isə 37 milyon əhali ilə ikinci yerdədir. BMT-nin 2018-ci il hesabatında birinci sırada göstərilən Tokio, 33 milyon əhalisi ilə üçüncü sıraya düşüb.
1950-ci ildə dünya əhalisinin yalnız %20-nin şəhərlərdə yaşadığı qeyd edilən hesabatda, bu göstəricinin bu gün təxminən %50 səviyyəsinə çatdığı vurğulanıb.
Hesabatda həmçinin göstərilib ki, 2050-ci ilədək dünya əhalisindəki artımın üçdə ikisi şəhərlərdə, qalanı isə qəsəbə və kiçik yaşayış yerlərində baş verəcək.
Böyük şəhərlərin sayının 1975-ci ildə 8, 2025-ci ilədək isə 33-ə yüksəldiyi qeyd olunub. Dünyanın ən sıx məskunlaşmış 10 şəhərindən 9-u Asiyada yerləşir: Cakarta, Dəkkə, Tokio, Yeni Dehli, Şanxay, Quançou, Qahirə, Manila, Kalküta və Seul.
Hesabatda həmçinin qeyd olunub ki, Yaponiyanın paytaxtı Tokionun əhali artım tempi COVID-19 pandemiyası dövründə yavaşlayıb, lakin iş və təhsil imkanları axtaran gənclərin axını ilə yenidən bərpa mərhələsinə keçib.
BMT-nin İqtisadi və Sosial İşlər Departamentindən Li Junhua mövzu ilə bağlı açıqlamasında şəhərləşmənin çağımızın müəyyənedici fenomeni olduğunu vurğulayaraq bildirib:
“Davamlı və strateji şəkildə idarə edildikdə, şəhərləşmə iqlim tədbirləri, iqtisadi böyümə və sosial ədalət üçün çevik imkanlar yarada bilər.