Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq
Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq
Təhsil

Buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olacaq

Xpress.az Redaksiyası 02.12.2025 12:17

IX və XI sinif şagirdləri üçün keçirilən buraxılış imtahanının nəticəsi 2 il qüvvədə olur.

Xpress.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi açıqlama yayıb.
Bildirilib ki, 2025-ci ildə buraxılış imtahanında iştirak etmiş və müvafiq müsabiqə şərtini ödəmiş abituriyentlər 2026-cı ildə imtahan vermədən kolleclərin müsabiqəsində (xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyənlər qabiliyyət imtahanı vermək şərti ilə) iştirak edə bilərlər. Bundan əlavə, abituriyentlər öz istəyinə uyğun olaraq, yenidən imtahan da verə bilərlər. Bu zaman onlar müsabiqədə hansı imtahanın nəticəsi ilə iştirak edəcəklərini özləri müəyyən edirlər. Qeyd edək ki, istənilən halda kolleclərə qəbul olmaq istəyən abituriyentlər müəyyən olunacaq vaxtda elektron ərizələrini təsdiq etməlidirlər.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək