Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Nazir Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllim...
Nazir Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllimə təşəkkür etdi -
Təhsil

Nazir Bakıdan Xankəndiyə 15 saat yol gedən müəllimə təşəkkür etdi - FOTO

Xpress.az Redaksiyası 02.12.2025 13:49

Qarabağ Universitetinin müəllimi Arzu Şükürova həftədə 2 dəfə Xankəndiyə gedib dərs keçir və həmin gün Bakıya qayıdır.

Sosial şəbəkədə yayılan bu xəbərə Elm və təhsil naziri Emin Əmrullayev münasibət bildirib.

"Təşəkkürlər! Azərbaycanın fədakar müəllimlərinə nə qədər minnətdar olsaq azdır. Əminəm ki, əməyiniz nəticəsini gec və ya tez verəcək!" - nazir yazıb.

“07:00-da Bakı Beynəlxalq Avtovağzalından avtobus yola düşür və saat 13:00-da Xankəndidə oluram. Dərsi keçirəm, 17:00-da universitetdən çıxıram, 17:30-da avtobus Xankəndidən Bakıya yola düşür. Bakıya gecə saat 23:30–00:00-a yaxın çatırıq. Evə çatmağım isə 01:30-a qədər çəkir” -Arzu müəllim deyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək