Cib telefonu nömrələri üçün yeni qərar: 3 ayda avtomatik bağlanacaq
Türkiyədə mobil telefon nömrələri ilə bağlı köklü dəyişiklik başlayır. TBMM-yə təqdim edilən yeni düzenləmə ilə aktiv istifadə olunmayan nömrələr 3 ay ərzində bağlanacaq, bir nəfərin adına onlarla xətt açmaq mümkün olmayacaq və əcnəbilər üçün xüsusi mobil nömrə ayrılacaq.
Mobil xətt abonəliyində yeni dövr başlayır. Türkiyə Böyük Millət Məclisinə təqdim edilən “torba qanun” təklifində telefon abonentlik proseslərini sərtləşdirən və şəxsiyyət doğrulamasını gücləndirən vacib maddələr yer alıb. Elektron Rabitə Qanununda ediləcək dəyişikliklə həm vətəndaşlar, həm də xarici vətəndaşlar üçün yeni təhlükəsizlik addımları tətbiq olunacaq.
Təklifə görə, artıq mobil operatorlar elektron şəxsiyyət doğrulama imkanına malik olmayan heç bir sənədlə abonent qeydiyyatı apara bilməyəcək. Abunəlik zamanı şəxsin üz tanıma, barmaq izi və ya kimlik təsdiqləyici şifrə kimi metodlarla şəxsiyyətini təsdiqləməsi məcburi olacaq.
Bu addımın məqsədi bir şəxsin adına çoxsaylı nömrələr açılaraq edilən dələduzluqların qarşısını almaqdır.
Təklifdə xarici vətəndaşların abonentlik prosesləri də yenidən tənzimlənir. Elektron doğrulama sənədi olmayan əcnəbilərin məlumatları, biometrik verilərlə birlikdə Göç İdarəsi (Miqrasiya İdarəsi) vasitəsilə təsdiqlənəcək.
Diplomatlar və onların ailələri isə bu tətbiqdən azad tutulacaq.
Yeni düzenləmə ilə operatorlar bütün abonentlərinin sağ olub-olmadığını hər 3 ayda bir rəsmi qurumlardan yoxlayacaq.
Şəxsiyyəti təsdiqlənməyən və ya vəfat etdiyi müəyyən edilən şəxslərə aid xətlər avtomatik olaraq bağlanacaq. Bu doğrulama aparılmazsa, operator həmin nömrəni iptal edəcək.
Bir nəfərin adına limitsiz sayda xətt açılması dövrü də bitir. BTK-nın müəyyən edəcəyi maksimum saydan artıq abonentlik qeydiyyatı mümkün olmayacaq. Belə həddi aşan nömrələrin istifadəyə açılmasına icazə verilməyəcək.
Təklifdə diqqət çəkən başqa bir dəyişiklik də əcnəbilərə xüsusi nömrə verilməsi məsələsidir. Bu istifadəçilər yalnız onlara təyin olunan mobil nömrələri istifadə edə biləcəklər.
Məlumatlarını yeniləməyən əcnəbi abonentlərin xətləri müraciət müddəti bitdikdən sonra 1 ay içində kəsiləcək.
Xarici vətəndaşlara yeni sistemə uyğunlaşmaq üçün 6 aylıq müddət veriləcək. Bu müddətdə lazımi şəxsiyyət doğrulamasını tamamlamayanların nömrələri etibarsız olacaq.
Dəyişikliklərin əsas səbəbində mobil nömrələrin dələduzluq, oğurluq və bank kartı fırıldağı kimi cinayətlərdə tez-tez istifadə olunması qeyd edilib.
Təkliflə məqsəd, cinayətlərdə istifadə edilən xətlərin sürətlə bağlanması və şəxsiyyəti təsdiqlənə bilməyən abonentliklərin qarşısının alınmasıdır.
Operatorlar qaydalara əməl etmədiyi halda, hər bir xətt üçün 20 min TL inzibati cərimə tətbiq olunacaq.
Yeni düzenləmə ilə mobil xətt abonentliyində təhlükəsizlik artırılaraq saxta şəxsiyyətlə edilən dələduzluqların qarşısı alınması hədəflənir.