Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Hakerlərdən yeni üsul:
Hakerlərdən yeni üsul:
Cəmiyyət

Hakerlərdən yeni üsul: Toy dəvətnaməsinə kliklədi telefonunun idarəsini itirdi

Xpress.az Redaksiyası 02.12.2025 17:46

Hindistanda dələduzlar WhatsApp vasitəsilə göndərdikləri saxta dəvətnamə linkləri ilə insanların telefonlarını ələ keçirir və bank hesablarından pul çıxarırlar.
Hindistanda toy mövsümünün başlaması ilə birlikdə kiberdələduzlar WhatsApp üzərindən göndərilən saxta rəqəmsal toy dəvətnamələri ilə vətəndaşları hədəf alan yeni bir üsuldan istifadə edir.

Yerli media xəbərlərinə görə, dələduzlar WhatsApp vasitəsilə göndərdikləri bu saxta dəvətnamə linkləri ilə insanların telefonlarına tam nəzarəti ələ keçirir və bank hesablarından pul çıxarırlar.

Zee News-da yer alan bir hadisəyə görə, Bijnorun Dhampur bölgəsində yaşayan Dr. Omprakash Chauhan WhatsApp-ına gələn toy dəvətnaməsi linkinə kliklədikdən saniyələr sonra 31 min rupi itirib.

Dr. Chauhanın şikayətinə əsasən, linkə toxunduğu anda telefonunun üzərindəki bütün nəzarəti itirib.
Eyni anda bank hesabından 31 min rupi çıxılıb və bütün şəxsi məlumatları “Cyber Thakur” adlı hesaba ötürülüb.

Dələduzluğa məruz qaldığını anlayan Chauhan həm yerli polis bölməsinə, həm də Bijnor Kiber Cinayətlər Şöbəsinə müraciət edib. Hadisə ilə bağlı araşdırma davam edir.

Kibertəhlükəsizlik mütəxəssislərinə görə, dələduzlar saxta rəqəmsal toy dəvətnamələrini adətən APK (Android Package Kit) faylı şəklində göndərirlər.

Bu fayllar telefona yükləndikdə bir tətbiq kimi işləyərək zərərli proqramı avtomatik aktivləşdirir. Zərərli proqram quraşdırıldığı anda dələduzlara istifadəçinin telefonuna tam giriş imkanı verir — bank tətbiqləri, UPI ödəniş sistemləri, parollar və bütün şəxsi məlumatlar əlçatan olur.

Dələduzluğun ən təhlükəli tərəflərindən biri isə öz-özünə yayıla bilməsidir. Telefon ələ keçirildikdə eyni saxta toy dəvətnaməsi linki avtomatik olaraq zərərçəkənin bütün telefon kitabçasına göndərilir. Beləliklə, hücum zəncirvari şəkildə genişlənir.

Ardıcıl yaşanan oxşar hadisələrdən sonra polis vətəndaşları diqqətli olmağa çağırıb. Bijnor şəhər polis rəisi müavini Dr. Krishna Gopal, naməlum nömrələrdən gələn linklərin, faylların və ya rəqəmsal toy dəvətnamələrinin açılmaması gərəkdiyini bildirib.

Xüsusilə WhatsApp üzərindən göndərilən APK fayllarının qətiyyən endirilməməsi lazım olduğunu vurğulayıb.
Gopal həmçinin heç bir halda bir dəfəlik şifrələrin başqaları ilə paylaşılmaması gərəkdiyini deyib.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək