Cəmiyyət
Azərbaycanda ən çox kişilərə pensiya təyin olunub
Xpress.az Redaksiyası
03.12.2025 17:16
2025-ci ilin yanvar-noyabr ayları ərzində 32 mindən çox şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub.
Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, əmək pensiyası təyin olunan şəxslərin 68,96%-ni kişilər, 31,04 %-ni isə qadınlar təşkil edib.