Niyə bütün dünyada cəsədlər iki metr dərinliyə basdırılır?
1655-ci ildə bubon taun epidemiyası Böyük Britaniyanı bürüdü. Əhalinin sıx olduğu böyük şəhərlər qısa müddətdə nəhəng məzarlıqlara çevrilmişdi. Minlərlə insanın ölümü nəticəsində London küçələrində yığılan cəsədlərin necə dəfn ediləcəyi barədə heç bir aydınlıq yox idi.
“Qara ölüm” səngidikdən sonra London meriyası xüsusi qərar qəbul etdi: cəsədlər 6 fut (təxminən 2 metr) dərinlikdə basdırılmalı idi. Bu qayda yeraltı infeksiyanın yayılmasının qarşısını almaq məqsədi daşıyırdı. Sonradan bu ingilis standartı dünyanın bir çox ölkəsində qəbul olundu və bu günə qədər geniş şəkildə tətbiq edilir.
Rusiyada dəfn prosedurları GOST R 54611-2011 standartı ilə tənzimlənir. Bu qaydaya əsasən, bir məzarın maksimal dərinliyi 2,2 metr ola bilər.
Xpress.az