"Olivia Azerbaijan”-ın biabırçı endirim KAMPANİYASI
Olivia Azerbaijan mağazalar şəbəkəsinin endirim kampaniyası sosial mediada narazılıq doğurdu.
Xpress.az xəbər verir ki, 40-dan çox mağazası olan Olivia Azerbaijanın elan etdiyi endirim kampaniyası sosial mediada geniş tənqidlərə səbəb olub. İstifadəçilər kampaniyanın “saxta endirim” təəssüratı yaratdığını iddia edir və şirkəti istehlakçıları yanıldatmaqda günahlandırırlar.

Bir çox sosial media paylaşımında qeyd olunur ki, mağazalarda göstərilən endirimlər real qiymət dəyişikliyini əks etdirmir və buna görə də kampaniya “kələkbazlıq” kimi qiymətləndirilib. İstifadəçilər bildirirlər ki, “ticarətin də əxlaqı olmalıdır” və belə hallar alıcıların etibarını zədələyir. Mövzu ilə bağlı jurnalist Ramina Eyvazqızı paylaşım edib. Paylaşımı təqdim edirik:
