Psixoloq: Roblox-un bloklanması uşaqlarda güclü stress yarada bilər
Uşağın Roblox-un bloklanması səbəbindən narahatlıq və qəzəb yaşaması halında valideynlərin necə davranmalı olduqları ilə bağlı psixoloqdan tövsiyələr verilib. Uşaq psixoloqu Daria Dugentsovanın sözlərinə görə, belə vəziyyətdə uşağın hissələrini kiçiltmək deyil, ona dəstək göstərmək əsas qayə olmalıdır. Bu barədə NEWS.ru məlumat yayıb.
Mütəxəssis bildirir ki, valideynlər ilk növbədə sakit qalmalı və uşağın yanında olaraq onun emosiyalarını yaşamasına kömək etməlidirlər. Uşağı “tez sakitləşdirməyə” çalışmaq və ya hisslərini dayandırmağa məcbur etmək əks təsir göstərə bilər.
Dugentsova vurğulayır ki, uşağa “bu sadəcə oyundur” demək qətiyyən düzgün deyil. Bu cür ifadələr özünü anlaşılmamış hiss edən uşağın narahatlığını daha da artırır.
Psixoloq valideynlərə uşağın hisslərini səsləndirməyi — məsələn, “Sənin üçün bu çətindir”, “Sən məyus olmusan, bunu başa düşürəm” kimi cümlələrlə onu anladıqlarını göstərməyi tövsiyə edir. Əgər uşaq özünü rahat hiss edirsə, onu qucaqlamaq, yanında səssizcə oturmaq və ağlamağına icazə vermək də faydalı ola bilər.
Xatırladaq ki, Roskomnadzor 3 dekabr tarixində Roblox-un bloklanmasına qərar verib. Qurum bunu platformada Rusiyada qadağan olunmuş məzmunun yayılması ilə izah edib. Söhbət ekstremizm və terrorizmi təbliğ edən materiallardan, həmçinin Rusiyada ekstremist kimi tanınan LGBT* mövzulu məzmundan gedir.
Xpress.az