Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Təhsil Ekspertlərdən Əmrullayevə SƏRT sözlər:
Ekspertlərdən Əmrullayevə SƏRT sözlər:
Təhsil

Ekspertlərdən Əmrullayevə SƏRT sözlər: “Bəs 4 saat dəsr deyəni müəllim hesab etmirdin?”

Xpress.az Redaksiyası 05.12.2025 11:49

Dərs demək üçün hər gün Bakıdan Xankəndiyə gedən, axşam yenidən Bakıya qayıdan müəllimənin bu fədakarlığını alqışlayan və onunla fəxr etdiyi deyən, bunnla bağlı yazılan statusda sosial şəbəkə istifadəçilərinin suallarını cavablandıran Elm və təhsil naziri Emin Əmrullayev bu dəfə ekspertlər tərəfindən tənqid edilir.

Tribuna xəbər verir ki, təhsil üzrə ekspert Elşən Qafarov nazirin etdiyi hərəkətlərdə səmimi olmadığını hesab edir. Ekspert bildirib ki, naziri dərsin keyfiyyəti, müəllimin sağlamlığı yox, etdiyi fədkarlıq maraqlandırır:

“Gənc xanım müəllimin 400 km yol gedib, 2 saat dərs deyib, yenidən 400 km geri qayıtması ilə fəxr edəcək qədər ” səmimi” nazirimiz var.
400 km yol gedən mütəxəssis, o 5-6 saatlıq yol yorğunluğundan sonra auditoriyada hansı keyfətlə tədris edəcək bu suala kim cavab verəcək?
Lap deyək ki, öz seçimidi, bəs tədrisin keyfiyyəti…
Bir də axı heç 4 saat dərs deyənə biz müəllim demirdik, nə oldu?”.

Ali təhsil üzrə eksper, dosent İlham Əhmədov isə hesab edir ki, nazirin sosial şəbəkədə yazdıqlarını o özü deyil ya katibəsi, ya da köməkçisi yazır:

“Təhsilin yüzlərlə problemləri qalıb kənarda. Amma bir qrup jurnalist və FB istifadəçiləri nazirin katibəsi ya da köməkçisi hansısa statusa rəy yazıb, bunu gündəmə çeviriblər.
Əmrullayev və ətrafı yaxşı bilir ki, bu ölkədə ən çox narazılıq məhz təhsil sahəsindəndir, yəni onun fəaliyyətindəndir.
Narazılığın çoxu da son 5 ildə, onun nazirliyi dövründə yaranıb. Problemlərin də heç biri həll edilmir, əksinə günbəgün artmaqdadır.
Onlar da, bu asan yolla xalqı az da olsa, razı salmaq istəyirlər.
Təhsilin köklü problemləri həll edilmir, sadəcə köməkçisi sosial şəbəkədə kiməsə cavab verir, nə isə yazır, əvəzində az qala onu milli qəhrəman səviyyəsinə qaldırmağa kimlərsə cəhd edir.
Bu durum “bəy mənimlə söhbət etdi” , kimi el məsəlinə bənzəyir lap. Nazirin öz sözü ilə desək, bu hay-küydən başqa bir şey deyil.
Həftədə 2 dəfə Xankəndidə dərs deməyə gedən və həmən gün də geri dönən müəlliməyə nazirin köməkçisi şərh yazır, bu şərhi tez reklam edirlər, amma deyən yoxdur ki, niyə bu ölkədə 20 ildir distant təhsilə icazə vermirlər?
Bu müəllimə niyə dərsini onlayn demir?
Niyə bu qədər zəhmətə və resurs itkisinə zəmin yaradılır?
Amma kim kimə hansı mesajı yazmasından asılı olmayaraq, valideynlər yenə də hər ay 500-1000 manat repetitorlara pul səpir, müəllimlər onlara qarşı edilən haqsızlıqlardan narazıdırlar, təhsildə illərlə yığılıb qalan bir çox ciddi problemlər hələ də həll edilmir, yerində qalır, nazir də öz işindədir, PR da davam edir.
Amma az adam deyir və yazır ki, bu nazirin bir çox hallarda sözü və əməli tam ziddiyyət təşkil edir.
Bundan böyük nöqsan ola bilərmi?”.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Nigar Fərhad haqda qərar verildi - Şikayətçilər artır

18.09.2026 13:33 Gündəm

Poylu kənd məktəbi söküləcək

18.09.2026 13:09 Təhsil

Müştərinin müraciətindən sonra araşdırma başladı

18.09.2026 12:31 Cəmiyyət

Həqiqətə dözməyən Ermənistanın

18.09.2026 12:01 Ana səhifə

Azərbaycanda 20 modul və 1 konteyner tipli məktəb quraşdırılacaq

18.09.2026 11:59 Cəmiyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək