Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Mədəniyyət Azərbaycanda ilk dəfə “Qəlbin Üç Səhnəsi” adlı psi...
Azərbaycanda ilk dəfə “Qəlbin Üç Səhnəsi” adlı psixoloji tamaşa və interaktiv təlim
Mədəniyyət

Azərbaycanda ilk dəfə “Qəlbin Üç Səhnəsi” adlı psixoloji tamaşa və interaktiv təlim BAŞ TUTDU

Xpress.az Redaksiyası 07.12.2025 15:44

Bakıda cəmiyyətin psixoloji rifahının gücləndirilməsinə, emosional fərqindəliyin artırılmasına və münasibət keyfiyyətlərinin yüksəldilməsinə yönəlmiş yeni və innovativ layihə – “Qəlbin Üç Səhnəsi” adlı psixoloji tamaşa və təlim formatlı tədbir keçirilib.

Tamaşa və təlimin sintezindən ibarət olan bu unikal layihə iştirakçılara həm emosional təcrübə, həm də elmi bilik qazandırmağı hədəfləyən ikiqat öyrədici model kimi təqdim olunub.

Layihənin ideya müəllifi və təqdimatçısı TOTEM Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Lalə Həmidli,
Layihənin təşkilatçısı isə First Shine Academy-nin təsisçisi Gülnur Əliyeva olub.

Tədbir psixoloji mövzularla yanaşı, incəsənət, təhsil və sosial məsuliyyəti bir araya gətirən nüfuzlu bir platforma kimi dəyərləndirilib. Psixoloji travmaların səhnə dili ilə təqdim edildiyi tamaşalar “OL Teatr”ın aktyorlarının ifasında, əməkdar rejissor Namiq Ağayevin quruluşunda səhnələşdirilib. Hər səhnənin ardınca klinik psixoloq Lalə Həmidli tərəfindən mövzular elmi əsaslarla təhlil edilib.

Tədbirdə üç əsas psixoloji mövzu səhnələşdirilib:

1️⃣ Uşaqlıq travmaları – borderline şəxsiyyət tipi, itirmə qorxusu və asılılıq
2️⃣ Münasibətlər – narsist və psixopat tip davranışlar
3️⃣ Daxili gərginlik – depressiya, həyəcan-təşviş və obsesiv kompulsiv pozuntu

Tədbirin məqsədi psixoloji rifahın artırılması, psixologiya mövzusunda ictimai maarifləndirmənin gücləndirilməsi və fərdi inkişafın dəstəklənməsi olub.

Təşkilatçılar tərəfdaşlara və sponsorlara təşəkkürlərini bildiriblər:

SF Doors və Vəhdət Xeyriyyə Cəmiyyəti

Başkent Restoranlar Şəbəkəsi və Başkent Catering

Solida Mall

Bağbanın Bağçası

Sürə Su

Meta4Fashion

Narly

Tahmina Accessories

Cığır Mənəvi Dəyərlərin İnkişafına Dəstək İctimai Birliyi

Bununla yanaşı, tədbirdə iştirak edən rəsmi qonaqlara, media nümayəndələrinə, o cümlədən MEDIA GROUP – Mövlud bəyə, Motivator Platforması – Yusif bəyə və bütün iştirakçılara xüsusi təşəkkür edilib.

Təşkilatçılar “Qəlbin Üç Səhnəsi” layihəsinin təkcə bir tədbir deyil, psixoloji maarifləndirmə istiqamətində yeni bir başlanğıc olduğunu vurğulayıblar.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək