Milli Məclisdə gərginlik:Deputatla vitse-spiker niyə mübahisə etdi?
Milli Məclisdə vitse-spiker Rafael Hüseynovla Xalq şairi Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.
Mübahisə bu gün Milli Məclisdə keçirilən konfransda baş verib.“Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusunda keçirilən konfransda Azərbaycan dilinin normaları ilə bağlı müzakirəlrdə çıxış üçün dəvət olunan sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlının sözünü konfransın moderatoru vitse-spiker Rafael Hüseynov kəsib.
Vitse-spiker vurğulayıb ki, Sabir Rüstəmxanlı ona ayrılan vaxtı artıq keçib. Xalq şairi Sabir Rüstəmxanlı son bir cümlə demək istəsə də, vitse-spiker imkan yaratmayıb. “Bizi buraya dəvət etmisinizsə, fikir bildirməyə imkan verməlisiniz. Mənə 3 dəqiqə vaxt verirsiniz, lakin siz ( Rafel Hüseynov – müəl.) hər çıxışdan sonra 5 dəqiqə izahat verirsiniz. Bu cür hörmətsizlik olmaz”.