Xpress.az
Bakı: 22°C

Bizi izləyin

Ana səhifə Cəmiyyət Dünyanın ən çətin dilləri açıqlanıb-
Dünyanın ən çətin dilləri açıqlanıb-
Cəmiyyət

Dünyanın ən çətin dilləri açıqlanıb- RUS DİLİ...

Xpress.az Redaksiyası 09.12.2025 11:47

Bəzi insanlar üçün yeni dil öyrənmək “uşaq oyuncağı” kimi görünür, digərləri üçün isə aylarla davam edən çətin bir prosesə çevrilir. Bunun səbəbi yalnız qabiliyyət deyil — seçilən dilin quruluşu da böyük rol oynayır. Dilçilər, qrammatikadan tələffüzə qədər bütün detalları araşdıraraq dilləri ən asandan ən çətinə doğru sıralayıblar. Bəs Türk dili neçəinci sıradadır?

Xpress.az dünyanın ən çətin dillərinin siyahısını təqdim edir:

1. Çin dili (Mandarin)

Tonlama əsasdır — hər ton fərqli mənanı ifadə edir. Minlərlə işarədən ibarət yazı sistemi tələbkar olsa da, dili başa düşməyin ən çətin tərəfi mədəni kontekstdir.

2. Ərəb dili

Çoxsaylı dialektlər arasında böyük fərqlər var. Sağdan sola yazı sistemi və kök əsaslı quruluşu dilin öyrənilməsini çətinləşdirir.

3. Yapon dili

Üç yazı sistemi istifadə olunur: Hiragana, Katakana və Kanji. Xüsusən Kanji işarələri uzun müddət tələb edir. Cümlə quruluşu və nəzakət formaları da dili mürəkkəbləşdirir.

4. Koreya dili

Qrammatik quruluş və fel formaları mürəkkəbdir. Hiyerarxik danışıq səviyyələri var. Hərçənd Hangul əlifbası sadədir, dilin semantik zənginliyi öyrənmə prosesini çətinləşdirə bilər.

5. Rus dili

Kiril əlifbası istifadə olunur. Qrammatika, halların çoxluğu və vurğunun dəyişkənliyi dili çətin edir.

6. Fin dili

Ural dil ailəsinə aid olduğu üçün dünyada az dilə bənzəyir. Çoxsaylı şəkilçilər, mürəkkəb qrammatika və çevik söz yaradılması sistemi ilə tanınır.

7. Macar dili

18 hal sistemi və mürəkkəb fel-isim quruluşları var. Qərbi Avropa dillərindən fərqli olaraq, özünəməxsus dil quruluşuna malikdir.

8. İsland dili

Qədim dil quruluşunu qoruyub saxlayır. Çətin tələffüz və mürəkkəb hallandırma sistemi öyrənmə prosesini çətinləşdirir.

9. Türk dili

Ək-ləməli quruluşu (agqlütinativ dil) səbəbilə söz yaratma sistemi əcnəbilər üçün mürəkkəb görünə bilər. Səs uyumu qaydaları və vurğudakı fərqliliklər də çətinlik yaradır.

10. Sanskrit dili

Çox qədim bir dildir və müasir dillərə bənzərliyi azdır. Qrammatik cəhətdən mürəkkəbdir və əsasən dini və ədəbi mətnlərdə istifadə olunur.

11. Alban dili

Qrammatik baxımdan mürəkkəbdir — isimlərin həm hal, həm də cins kateqoriyaları var. Bunları öyrənməyin yeganə yolu hər bir sözü ayrıca ezberləməkdir.

12. Fars dili

Ərəb əlifbasının modifikasiya olunmuş forması ilə sağdan sola yazılır. Şeiriyə meylli quruluşu və çoxmənalı sözləri ilə seçilir. Fel quruluşu və söz düzəltmə sistemi mürəkkəbdir.

13. Tay dili

Tonlu dildir — beş müxtəlif tonla eyni söz tam fərqli mənalar kəsb edə bilər. 44 samit, 18 sait və 6 diftonqdan ibarət özünəməxsus əlifbası var.

14. Gürcü dili

Yazı sistemi (Mxedruli) tamamilə unikaldır və Latın əlifbasında qarşılığı yoxdur. Fonologiya və qrammatika mürəkkəbdir. Eklemeli quruluşu öyrənməyi çətinləşdirir.

Paylaş:

Oxşar Xəbərlər

Populyar Xəbərlər

Xəbər Lenti

20 Sentyabr — Dövlət suverenliyinin zəfər tarixi

20.09.2026 14:18 Siyasət

Şirvanşahlar Sarayının qarşısında Fidan Hacıyevanın III Beynəlxalq Opera Festivalı çərçivəsində “Qədim daşlar arasında” konserti keçirilib

20.09.2026 13:30 Mədəniyyət

Türk dünyasının şair qadınları Atatürk Mərkəzində bir araya gəlib

20.09.2026 11:42 Mədəniyyət

23 saat 50 dəqiqəyə dəyişən tarix – Qarabağda 30 illik separatizmə son qoyan əməliyyatın əsas məqamları

20.09.2026 08:33 Cəmiyyət

Şahin Bağırovdan Fərid Usubovun yerinə təyinat

19.09.2026 16:30 Gündəm

Sara Əzimova:

19.09.2026 14:59 Gündəm

Prezident bu şəxsləri təltif etdi -

19.09.2026 14:36 Cəmiyyət

Anar Quliyev Tərtərdə vətəndaşları qəbul etdi -

19.09.2026 12:17 Cəmiyyət

İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu -

19.09.2026 11:21 Media

Diploma gedən yol qısalır

19.09.2026 09:28 Təhsil

Həbsinə heç kim inanmırdı... -

18.09.2026 18:36 Gündəm

“Vətəndən ayrı düşmək ən ağır dərddir” -

18.09.2026 17:44 Ana səhifə

Fuad Nağıyev: "Azərbaycanda turizm yetkin inkişaf mərhələsindədir" -

18.09.2026 16:36 Ana səhifə

Xırdalan və Masazırın yolları əsaslı təmir olunacaq

18.09.2026 16:22 Cəmiyyət

Bu ölkədə namaz zamanı dəhşətli partlayış:ÖLƏNLƏR VAR

18.09.2026 14:31 Dünya

Azərbaycanda Qəbiristanlıqla bağlı

18.09.2026 14:10 Cəmiyyət

Leysan və dolu gözlənilir -

18.09.2026 13:45 Cəmiyyət

Vyanada Milli Musiqi Günü münasibətilə Üzeyir Hacıbəylinin xatirəsi yad edilib

18.09.2026 13:41 Mədəniyyət

Xəbər Bülleteni

Ən son xəbərləri email ünvanınıza göndərək